Bank Of Baku

Türkiyədə çalışan aktyor Azərbaycanda filmə çəkilir

Türkiyədə çalışan aktyor Azərbaycanda filmə çəkilir
# 28 avqust 2008 13:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Sınaqfilm” Prodüser Mərkəzində Fikrət Əliyev və İlqar Fəhminin ssenarisi əsasında “Ölüm növbəsi” tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb. Bu barədə APA-ya məlumat verən Prodüser Mərkəzinin baş direktoru Tofiq Musayev bildirib ki, artıq on gündür, çəkilişlərinə start verilən filmin quruluşçu rejissoru Fikrət Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, rəssamı Mais Ağabəyov, ikinci rejissorları Akif Rüstəmov və Ənvər Həsənovdur.

Tragik-komediya janrında çəkilən filmdə baş rolları Şamil Süleymanov, Türkiyədə yaşayan azərbaycanlı aktyor Cahangir Novruzov, Qorxmaz Əlili və gənc müğənni Mirkamil Kamilov canlandıracaq. Filmin çəkilişlərinin Bilgəh, Buzovna və Novxanıda aparılacağını bildirən T. Musayev çəkiliş prosesinin altı ay davam edəcəyini qeyd edib.

1 saat 20 dəqiqəlik filmin beynəlxalq festivallarda nümayişi də nəzərdə tutulur. T. Musayev filmin büdcəsini açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR