Bank Of Baku

Aşıqların V Qurultayında 200-dən artıq nümayəndə iştirak edəcək

Aşıqların V Qurultayında 200-dən artıq nümayəndə iştirak edəcək
# 28 avqust 2008 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avqustun 29-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Aşıqlarının V Qurultayı keçiriləcək. Qurultayın Təşkilat Komitəsindən APA-ya bildirilib ki, qurultay iştirakçıları tədbirdən əvvəl Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Qurultayda Bakı, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağstafa, Qazax, Daşkəsən, Gəncə, Şamaxı, Ağsu, Kürdəmir və s. şəhər, rayonlardan el sənətkarları iştirak edəcək. Qurultaya Azərbaycanın müxtəlif bölgələrindən və Gürcüstandan 200 nəfərdən çox nümayəndə seçilib. Tədbirdə aşıq sənətinin müasir dövrdə inkişaf etdirilməsi, təbliği, qədim sənəti yaşadanlara qayğı göstərilməsi və s. məsələlər müzakirə olunacaq. Birliyin yeni idarə heyəti və digər rəhbər orqanları seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR