Bank Of Baku

Zəlimxan Yaqub: “Bundan sonra Aşıqlar Birliyində narazı tərəf olmayacaq”

Zəlimxan Yaqub: “Bundan sonra Aşıqlar Birliyində narazı tərəf olmayacaq”
# 29 avqust 2008 13:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Bundan sonra Aşıqlar Birliyində narazı tərəf olmayacaq. İctimai rəy yüz faiz mənim tərəfindədir. Narazı tərəf də məndən razı olacaq. Narazı olanlarla düzgün iş quranda problem aradan qalxır. Mən bura bütün xoşagəlməz halları aradan qaldırmağa gəlmişəm. Ancaq bu məhəbbətin ağır məsuliyyəti var”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinə yeni sədr seçilən Zəlimxan Yaqub bildirib.

Z. Yaqub Aşıqlar Birliyinin Qurultayında irəli sürülən bütün təklifləri həyata keçirməyə çalışacağını söyləyib: “Uzun illər baş verən narazılıqlar güclü bir təşkilatı zəiflətmişdi. Dövlət başçısının mədəniyyətə göstərdiyi qayğıdan yararlanaraq, bu sənəti ən yüksək səviyyədə yenidən xalqa, millətə təqdim edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR