Bank Of Baku

Rusiyanın xalq artisti Serqey Bezrukov Azərbaycan paytaxtında erməni qızına həsr olunmuş şeir oxuyub

Rusiyanın xalq artisti Serqey Bezrukov Azərbaycan paytaxtında erməni qızına həsr olunmuş şeir oxuyub
# 30 avqust 2008 07:52 (UTC +04:00)
İki hissədən ibarət olan konsertin ilk hissəsində aktyor Rusiya şairi Serqey Yeseninin şeirlərini və bu şeirlərə bəstələdiyi mahnılarını ifa edib. Bu şeirlər arasında erməni qızına həsr olunmuş «Şaqane» şeiri də olub.
Konsertin ikinci hissəsində isə S.Bezrukov SSRİ-nin xalq artisti Vladimir Vısotskinin mahnılarını ifa edib və tamaşaçıların suallarını cavablandırıb.
Tədbir çərçivəsində S.Bezrukov Azərbaycan hökumətinə və xalqına müraciət edərək S.Yeseninin Bakıda və Mərdəkanda yerləşən muzeylərinə qayğı göstərməyi və daim muzeylərin vəziyyətini nəzarət altında saxlamağı xahiş edib.
Qeyd edək ki, hazırda S.Bezrukov Rusiya yazıçısı Dmitri Mamin-Sibiryakın «Vəhşi xoşbəxtlik» («Dikoye sçastye») əsəri əsasında çəkilən eyni adlı bədii filmdə baş rolu ifa edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR