Bank Of Baku

Azərbaycandakı Şah Abbas məscidi tamamilə dağıla bilər

Azərbaycandakı Şah Abbas məscidi tamamilə dağıla bilər
# 30 avqust 2008 08:52 (UTC +04:00)
Kənd sakini Təvvəkül Əliyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, tikintisi 50 ilə ərsəyə gələn məscidin taxtadan düzəldilən hissələrinin çürüməsi və tavanın çökdüyü müşahidə olunur: «Binada hələ 1978-1980-ci illərdə əsaslı təmirinə başlanılsa da, iş yarımçıq qalıb».
Kənd ağsaqqallarının dediklərinə görə, əvvəllər məscid dini ibadətgah və mədrəsə kimi fəaliyyət göstərib, SSRİ dövründə isə sovxozun anbarı kimi istifadə edilib.
Tovuz rayon Mədəniyyət və Turizm şöbəsinin müfəttişi Hidayət Aslanov APA-nın yerli bürosuna bildirib ki, məscidin tikintisi zamanı onun möhkəm və davamlı olması üçün çiy yumurtadan da istifadə olunub: «Yaxın illər ərzində məsciddə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulmayıb. Ümumiyyətlə, rayonda son bir neçə ildə dövlət tərəfindən heç bir tarixi abidə təmir edilməyib». Mütəxəssislərin fikrincə, yaxın illərdə burada təmir-bərpa işləri aparılmasa, bu tarixi abidə tamamilə dağıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR