Bank Of Baku

Vokalçıların Fransada keçiriləcək 47-ci beynəlxalq müsabiqəsində Azərbaycanı Dövlət Musiqili Komediya Teatrının aktrisası təmsil edəcək

Vokalçıların Fransada keçiriləcək 47-ci beynəlxalq müsabiqəsində Azərbaycanı Dövlət Musiqili Komediya Teatrının aktrisası təmsil edəcək
# 30 avqust 2008 13:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu il Tuluzada (Fransa) keçiriləcək 47-ci Vokalçıların Beynəlxalq müsabiqəsində Azərbaycanı Dövlət Musiqili Komediya Teatrının aktrisası İnarə Babayeva təmsil edəcək.
Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, Teatrın aparıcı solisti İ.Babayeva tamaşaçılara canlandırdığı Gülnaz («Məşədi İbad», Ü.Hacıbəyov), Odetta Darimond («Bayadera», İ.Kalman), Raksana («Çılğın qaskoniyalı», Q.Qarayev) kimi obrazlarla tanışdır. Vokal ifaçıları arasında keçirilən bu müsabiqə dünyanın ən şöhrətli və çətin musiqi yarışmalarından biri hesab olunur. Müsabiqəyə Fransanın ən möhtəşəm opera teatrı – «Kapitoli» ev sahibliyi edəcək.
Yarışmada İ.Babayevanı teatrın konsertmeysteri Emin Həsənov müşayiət edəcək. Solist müsabiqədə klassik ariya ilə yanaşı, romans, kantata və aratoriya janrlarında əsərlər ifa edəcək. Bir həftə davam edəcək müsabiqəyə qatılmaq üçün İ.Babayeva sentyabrın 6-da Fransaya yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR