Bank Of Baku

Dövlət Musiqili Komediya Teatrının kollektivi Türkiyədə çıxış edib

Dövlət Musiqili Komediya Teatrının kollektivi Türkiyədə çıxış edib
# 02 sentyabr 2008 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu günlərdə Türkiyədə keçirilən 14-cü Dədə Qorqud beynəlxalq müsabiqəsində müxtəlif ölkələrdən 17 kollektiv iştirak edib. Beş gün davam edən müsabiqəyə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi də qatılıb. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, festivalda teatrının balet truppası, həmçinin əməkdar artist Xanım Qafarova və gənc ifaçı Ramil Qasımovun daxil olduğu 20 nəfərlik heyətinin çıxışları maraqla qarşılanıb. Festivalın üçüncü günündə kollektiv Bayburt Bələdiyyəsi tərəfindən “Gənc Osman” stadionunda bir saat yarımlıq solo konsert vermək təklifi alıb. Konsertdə Zakir Ağayevin rəhbərlik etdiyi balet truppasının ifa etdiyi “Salam Azərbaycan”, “Naz eləmə”, “Arşın mal alan”, “Qaytağı” və digər rəqslər nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR