Bank Of Baku

Ağcabədidə Üzeyir Hacıbəyov adına Parkın və “Qarabağ Muğam Mərkəzi”nin açılışı oilacaq

Ağcabədidə Üzeyir Hacıbəyov adına Parkın və “Qarabağ Muğam Mərkəzi”nin açılışı oilacaq
# 02 sentyabr 2008 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Hər il olduğu kimi, bu il də sentyabrın 18-də Azərbaycanda Üzeyir Musiqi Günü keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, Musiqi Gününün açılış mərasimindən əvvəl Fəxri Xiyabanda görkəmli siyasət və mədəniyyət xadimlərinin məzarları ziyarət olunacaq. Üzeyir Musiqi Gününün açılış mərasimi Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin iştirakı ilə Bakı Musiqi Akademiyasının qarşısındakı konsert proqramı ilə olacaq. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə Azərbaycan bəstəkarlıq məktəbinin 100 illiyinə həsr olunmuş “Azərbaycan bəstəkarlıq irsinin tədqiqi –dünən və bü gün” adlı elmi-praktiki konfrans keçiriləcək. Üzeyir Hacıbəyovun ev-muzeyində bəstəkara həsr olunmuş tədbir təşkil olunacaq, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəyovun “Koroğlu” tamaşası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “O olmasın, bu olsun” tamaşası nümayiş etdiriləcək.
Üzeyir Musiqi Günü Ağcabədi rayonunda da qeyd olunacaq. Sentyabr ayı ərəfəsində rayonda Üzeyir Hacıbəyov adına Parkın və “Qarabağ Muğam Mərkəzi”nin açılış mərasimi keçiriləcək. Respublikanın bir çox kinoteatrlarında isə Ü. Hacıbəyova və Azərbaycan musiqisinə həsr olunmuş bədii və sənədli filmləri göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR