Bank Of Baku

Moskvada Azərbaycan rəssamı Əşrəf Muradın rəsm əsərlərindən ibarət kitab-albom nəşr olunub

Moskvada Azərbaycan rəssamı Əşrəf Muradın rəsm əsərlərindən ibarət kitab-albom nəşr olunub
# 02 sentyabr 2008 23:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Moskvada Azərbaycan rəssamı Əşrəf Muradın rəsm əsərlərindən ibarət “Maqiçeskiy realizm” (Magiya realizmi) adlı kitab-albom nəşr olunub. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, albom DAK İdarə Heyətinin üzvü, UNESCO-dakı keçmiş səfiri Ramiz Abutalıbovun təşəbbüsü ilə Moskvanın “Musaqet” nəşriyyatında rus və ingilis dillərində çap olunub. Nəşrin müəllifi tanınmış rus sənətşünası və jurnalisti Qriqori Anisimovdur. Kitaba Tahir Salahov, Ramiz Abutalıbov, Anar, Fərhad Xəlilov, Rüstəm Arifcanov və digər tanınmış şəxslərin rəssam haqqında xatirə, mülahizələri, həmçinin rəssamın bir sıra əlyazmaları, məktublarının sürəti, yarımçıq eskizləri daxil edilib. Kitab-albomun təqdimatı isə Moskvada “Aydan” qalereyasında keçirilib. Nəşrin Azərbaycanda təqdimatının isə bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Ə. Murad 1925-ci ildə Bakıda dünyaya gəlib. 1954-cü ildə İ.Y. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1979-cu ildə Bakıda dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR