Bank Of Baku

“Qala” filmi ölkəmizi Anapada keçiriləcək “Kinoşok” kino festivalında təmsil edəcək

“Qala” filmi ölkəmizi Anapada keçiriləcək “Kinoşok” kino festivalında təmsil edəcək
# 03 sentyabr 2008 12:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 12-dən 21-dək Anapa şəhərində keçiriləcək XVII “Kinoşok” kino festivalında Azərbaycan filmi də nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Almaz Sultanzadə APA-ya deyib ki, “Kinoşok” XVII MDB, Latviya, Litva və Estoniya ölkələrinin kino festivalında ölkəmizi rejissor Şamil Nəcəfzadənin “Qala” filmi təmsil edəcək. Ramiz Rövşənin ssenarisi əsasında çəkilən filmin operatoru Kənan Məmmədov, rəssamları Arif Məhərrəmov və Əziz Məmmədovdur. Filmdə xalq artistləri Rasim Balayev və Firəngiz Mütəllibova baş rolları canlandırıblar. Festivalda iştirak etmək üçün filmin rejissoru Şamil Nəcəfzadə, prodüser Teymur Vaynşteyn Anapaya səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR