Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedəcək
# 03 sentyabr 2008 14:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kolelktivi Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək. Bu barədə APA-ya məlumat verən teatrın direktoru Maqbet Bünyatov bildirib ki, oktyabrda gerçəkləşəcək səfər çərçivəsində teatr kollektivi iki tamaşa ilə çıxış edəcək. Bu tamaşalardan biri Elçinin “Arılar arasında”, digəri isə Tuncer Cücenoğlunun “Uçqun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşadır. M. Bünyatov ilin sonuna kimi teatr kollektivinin bir sıra digər ölkələrə səfərləri ilə bağlı danışıqların aparıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR