Bank Of Baku

Azərbaycan kulinarları Qazaxıstanda keçiriləcək beynəlxalq Kulinariya Çempionatında iştirak edəcək

Azərbaycan kulinarları Qazaxıstanda keçiriləcək beynəlxalq Kulinariya Çempionatında iştirak edəcək
# 04 sentyabr 2008 09:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan kulinarları 10-14 sentyabr tarixlərində Qazaxıstanda keçiriləcək beynəlxalq Kulinariya Çempionatında iştirak edəcək. Azərbaycan Milli Kulinariya Mərkəzindən APA-ya bildirilib ki, çempionatda 6 nəfərdən ibarət nümayəndə heyəti iştirak edəcək. Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun münsiflər heyətində təmsil olunduğu çempionatda dünyanın 30 ölkəsindən aşbazlar iştirak edəcək. T. Əmiraslanov oktyabrda Kirit adasında keçiriləcək beynəlxalq çempionatın münsifləri arasında da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR