Bank Of Baku

Muğam Teatrının 20 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək

Muğam Teatrının 20 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək
# 04 sentyabr 2008 10:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Muğam Teatrında Ağadadaş Ağayev, Elmira Rəhimova, Aşıq Pənah, bəstəkar Nəriman Məmmədov və klarnet ifaçısı Əşrəf Əşrəfovun yaradıcılıq gecələri keçiriləcək. Bu barədə APA-ya məlumat verən teatrın direktoru, rejissor Arif Qazıyev bildirib ki, yaradıcılıq gecələri sentyabrın sonlarından keçirilməyə başlayacaq. Noyabrın əvvəllərində isə Muğam Teatrının fəaliyyətinin 20 illik yubileyi münasibəti ilə tədbirin keçirilməsi nəzərdə tutulur. Yubiley mərasimində teatrın ansamblı tərəfindən hazırlanmış xüsusi proqram təqdim olunacaq. A. Qazıyev onu da deyib ki, yaxın aylarda teatrda xalq artsti Alim Qasımov və qızı Fərqanə Qasımovanın çıxışı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR