Bank Of Baku

“Azərbaycantelefilm” “Rəfibəylilər” sənədli televiziya filminin çəkilişlərinə başlayıb

“Azərbaycantelefilm” “Rəfibəylilər” sənədli televiziya filminin çəkilişlərinə başlayıb
# 04 sentyabr 2008 12:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Rəfibəylilər” sənədli televiziya filminin çəkilişlərinə başlanılıb. Birliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, film Rəfibəylilər nəslinin məşhur nümayəndələrinə həsr olunub. Sənədli filmdə sağlığında “millət atası” adına layiq görülən Ələkbər Rəfibəylinin, milli hökumətimizin ilk səhiyyə naziri olmuş Xudadad Rəfibəylinin, 1919-1920-ci illərdə Əsgəran ətrafındakı döyüşlərdə şücaət göstərmiş Milli Ordunun alay komandiri, Türkiyədə paşa rütbəsinə yüksəlmiş ilk azərbaycanlı zabit Səməd Rəfibəylinin və Gəncədəki gimnaziyanın ilk azərbaycanlı rəhbəri Cavad Rəfibəylinin həyatı əks olunacaq. Filmin çəkilişləri Bakı, Gəncə, Şəmkir və Hacıkənddə aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR