Bank Of Baku

XI TÜRKSOY Opera Günləri “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunacaq

XI TÜRKSOY Opera Günləri “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunacaq
# 04 sentyabr 2008 14:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. XI TÜRKSOY Opera Günləri ilk türk və Şərq operası olan “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yubiley tədbirləri 11-14 sentyabr tarixlərində keçiriləcək. TÜRKSOY-a üzv ölkələrdən 23 sənətkarın iştirak edəcəyi bu tədbir TÜRKSOY təşkilatı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Şimali Kipr Türk Cümhuriyyəti Milli Təhsil və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Sentyabrın 11-də Mərsində, 14-də isə Girnədə keçiriləcək konsertlərdə TÜRKSOY-a üzv ölkələrinin sənətkarları digər ölkələrin də milli operalarından nümunələr ifa edəcəklər. Azərbaycan və Türkmənistandan gələn sənətkarlar isə “Leyli və Məcnun” operasından ariyalar oxuyacaqlar. Bundan əlavə konsertlər zamanı “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunmuş fotolardan və afişalardan ibarət sərgi də təşkil olunacaq.
Yubiley tədbirlərinə Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay, Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil və mədəniyyət naziri Canan Öztoprak və TÜRKSOY-un baş direktoru Düsen Kaseinov da qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR