Bank Of Baku

“Bakı Gecələri” estrada mahnı müsabiqəsinin I mərhələsinin III konserti keçirilib

“Bakı Gecələri” estrada mahnı müsabiqəsinin I mərhələsinin III konserti keçirilib
# 21 noyabr 2008 12:35 (UTC +04:00)
Bakı. Ülkər Qassımova-APA. Bu gün “Bakı Gecələri” estrada mahnı müsabiqəsinin I mərhələsinin III konserti keçirilib. APA-nın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən növbəti konsertdə iştirakçı qismində müğənnilər 9 nominasiya uğrunda mübarizə aparıblar. Mahnılar 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin tərkibində Oqtay Rəcəbov, Mübariz Tağıyev, Natəvan Şeyxova, Mənzər Nurəliyeva, Qulu Ağsəs, Azad Şükürov və Bəxtiyar Xanızadə təmsil olunurlar. Hər 3 konsertin nəticəsinə görə 20 ən çox xal toplayan müğənni noyabrın 28-də keçiriləcək final konsertində iştirak edəcək. Həmin müğənnilərin siyahısı bu günlərdə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR