Bank Of Baku

Mehdi Hüseynzadənin 90 illik yubileyinə həsr olunmuş “Təxəllüsü Mixaylo” sənədli filminin ilk nümayişi keçirilib

Mehdi Hüseynzadənin 90 illik yubileyinə həsr olunmuş “Təxəllüsü Mixaylo” sənədli filminin ilk nümayişi keçirilib
# 21 noyabr 2008 15:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 90 illiyi münasibəti ilə çəkilən “Təxəllüsü Mixaylo” sənədli filminin ilk nümayişi keçirilib. APA-nın məlumatına görə, sənədli filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi İntiqam Qasımzadədir. Film ümumilikdə 38 dəqiqədən ibarətdir. Çəkilişləri Azərbaycan, Rusiya, Sloveniya, İtaliya və Avstriyada aparılan film “Salnamə” studiyasında istehsal olunub. Tədbirdə çıxış edən filmin rejissoru Tahir Əliyev filmin avtobioqrafik formada olduğunu qeyd edib. Onun sözlərinə görə, filmdə Mehdi poetik insan kimi göstərilib. Mehdi Hüseynzadə ilə birgə partizanlıq edən Azərbaycan əsilli şəxslərdən heç kimin sağ qalmadığını bildirən rejissor deyib ki, onun Sloveniyadan olan partizan yoldaşları hələ yaşayırlar: ““Uzaq sahillərdə” filmindən bizə tanış olan Anjelikanın, yəni Mehdinin sevdiyi qızın sağ olduğunu deyəndə inana bilmədik. Mehdinin Sloveniyada partizan hərəkatında iştirak edən vaxt sevdiyi qızın adı Anjeldir. O, əslən sloveniyalıdır. Biz Anjel xanımla böyük təkidlərdən sonra görüşə bildik. Hətta müsahibə vermək istəmirdi, ancaq böyük təkidlə biz ondan müsahibə aldıq”.
T. Əliyev onu da bildirib ki, “Təxəllüsü Mixaylo” filmin bir çox beynəlxalq festivallarda da nümayişi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR