Bank Of Baku

Bakıda əlilliyi olan uşaq və gənclərin yaradıcılıq sərgisi keçiriləcək

Bakıda əlilliyi olan uşaq və gənclərin yaradıcılıq sərgisi keçiriləcək
# 24 noyabr 2008 09:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 1-də Tofiq İsmayılov adına “Uşaq dünyası” sərgi qalereyasında “Bacarıqlı əllər” adı altında əlilliyi olan uşaq və gənclərin foto, rəsm və digər əl işlərindən ibarət yaradıcılıq sərgisi keçiriləcək. APA-nın məlumatına görə, sərgi 20 noyabr – Ümumdünya Uşaq Günü və 3 dekabr – Beynəlxalq Əlilliyi olan İnsanların Günü ilə əlaqədar “Azərcell” şirkətinin sponsorluğu ilə “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai birliyi təşkilatçılığı ilə baş tutacaq. Sərgi “Əlliyi olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyası” mövzusuna həsr olunacaq. Tədbirdə 10 nəfər istedadlı əlilliyi olan uşaq və gənclərin foto, rəsm və əl işləri nümayiş olunacaq. Bu foto, rəsm və əl işlərin auksion şəklində satışı nəzərdə tutulub. Auksiondan əldə olunan pul əlilliyi olan uşaq və gənclərin bacarıq və qabiliyyətlərin inkişafına və müalicəsinə yönəldiləcək.
Qeyd edək ki, bu gün Azərbaycanda 420 mindən çox əlilliyi olan şəxs yaşayır, onlardan 45 mindən çoxu əlil uşaqlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR