Bank Of Baku

Rafet El Roman və Ebru Gündəş Çelikin restoranında qonaq olacaqlar

Rafet El Roman və Ebru Gündəş Çelikin restoranında qonaq olacaqlar
# 24 noyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu həftə Bakının qonağı olacaq türkiyəli sənətçilər Rafet El Roman və Ebru Gündəş Bakıda restoran açan həmkarları Çelikin qonağı olacaqlar. APA-nın məlumatına görə, hər iki müğənni həm “Paris” restoranının açılışını qeyd edəcək, həm də Çeliklə görüşəcəklər. Rafet El Romanın Bakıda konsertini təşkil edən “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya yayılan xəbəri təsdiqləyib. Təşkilatçı bildirib ki, noyabrın 27-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etdikdən sonra Rafet El Roman Çelikin restoranında qonaq olacaq. N. Emiloğlu onu da deyib ki, Rafet El Roman konsertindən bir gün əvvəl, yəni noyabrın 26-da Bakıya gələcək. İki gün Bakıda qalacaq sənətçi noyabrın 27-də Heydər Əliyev Sarayında gənc müğənni Yusiflə birgə “Aşkı viranə” adlı konsert proqramı ilə çıxış edəcək. Təşkilatçı konsertin bilet satışının çox yaxşı getdiyini də bildirib.
Xatırladaq ki, “Aşkı viranə” adlı konsertin biletlıərinin qiyməti 30-150 manat arasındadır.
Qeyd edək ki, “Aşkı viranə” konsertinə www.apa.az və www.lent.az internet saytları informasiya dəstəyi verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR