Bank Of Baku

Gəncədə “Teatral həyat” adlı film çəkilir

Gəncədə “Teatral həyat” adlı film çəkilir
# 24 noyabr 2008 14:12 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə “Butafilm” kino şirkəti tərəfindən “Teatral həyat” adlı filmin çəkilişlərinə başlanılıb. Filmin ssenari müəllifi İlqar Nəcəf APA-nın qərb bürosuna bildirib ki, Gəncədə aparılan çəkilişlər əsasən qədim arxitekturası olan küçələrdə, Yeni Gəncə qəsəbəsində, Kukla Teatrında, Nizaminin ev muzeyində və şəhərin görkəmli yerində aparılır. Onun sözlərinə görə, filmdəki hadisələr əsasən 80-ci illərin sonları 90-cı illərin əvvəllərində cərəyan edir. Filmdə region teatrında çalışan gənc aktyorun başına gələn əhvalatlardan, onun psixoloji dünyasından bəhs edilir. Filmin fevral ayında tamaşaçıların ixtiyarına verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR