Bank Of Baku

Yaqub Zurufçu Azərbaycan vətəndaşı olmaq üçün sənədlərini aidiyyəti orqanlara təqdim edib

Yaqub Zurufçu Azərbaycan vətəndaşı olmaq üçün sənədlərini aidiyyəti orqanlara təqdim edib
# 26 noyabr 2008 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Tanınmış müğənni Yaqub Zurufçu Azərbaycan vətəndaşı olmaq üçün sənədlərini aidiyyəti orqanlara təqdim edib. Bununla bağlı APA-ya açıqlama verən Y. Zurufçu bu günlərdə Azərbaycan vətəndaşı olacağını qeyd edib: “İki aya yaxındır ki, sənədlərimi təqdim etmişəm. Hər halda yaxın günlərdə artıq Azərbaycanın qanuni vətəndaşı olacağam. Artıq mən daimi olaraq Azərbaycanda qalacağam. Çünki Amerikaya gedəndə Azərbaycan üçün çox darıxıram. Ona görə də qəti şəkildə birdəfəlik burada qalmaq qərarını vermişəm. Azərbaycandan ayrı yaşaya bilmirəm”.
Y. Zurufçu onu da deyib ki, bu ilin sonlarında Heydər Əliyev Sarayında planlaşdırılan konsert gələn ilə qalıb: “Əsaslı təmirdən sonra Heydər Əliyev Sarayında silsilə konsertlər keçirilir. Mən də düşündüm ki, konsertimi gələn ilə saxlayım. Bu zaman ərzində isə konsertlə bağlı hazırlıqları həyata keçirəcəyik”.
Y. Zurufçu son günlər Şüvəlandakı evinin bir dövlət məmuru tərəfindən alınması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib və bu xəbərin həqiqətə uyğun olmadığını qeyd edib: “Mənim evimi heç kim əlimdən almayıb. Ümumiyyətlə, bütün dövlət məmurları ilə əlaqəm çox yaxşıdır və bu daimi olaraq da belə davam edəcək. Bu xəbərə gəlincə, mən bu gün də həmin evdə yaşayıram və evimlə bağlı heç kimlə qalmaqal olmayıb. Həmin dövlət məmuru Şüvəlandakı evimin yanında özü üçün ayrıca ev tikdirir”.
Qeyd edək ki, Y. Zurufçu hazırda ABŞ vətəndaşıdır. Azərbaycan qanunları isə ikili vətəndaşlığa icazə vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR