Bank Of Baku

Azərbaycan və Gürcüstanın birgə layihəsi olan film çəkilib

Azərbaycan və Gürcüstanın birgə layihəsi olan film çəkilib
# 26 noyabr 2008 12:54 (UTC +04:00)
Bakı-APA. “Narimanfilm” kinostudiyasında “Sahə” bədii tammetrajlı filminin çəkilişləri başa çatıb. Bu barədə APA-ya “Narimanfilm” kinokompaniyasından bildirilib. Məlumata görə, ssenari müəllifi və rejissor İlqar Safat olan “Sahə” kino layihəsi Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının (İFA-SC) iştirakı ilə işlənib hazırlanıb və Azərbaycan – Gürcüstan respublikalarının ilk birgə layihəsi hesab olunur. Gürcüstan tərəfdən “Narimanfilm” kinostudiyasının əməkdaşları “Qruziyafilm” kinostudiyası və “Baqira film” kompaniyasıdır.
Filmin çəkiliş prosesində Azərbaycan –Gürcüstan qrupu iştirak edib, aktyor heyəti Azərbaycan, Gürcüstan, Fransa, Rusiya və ABŞ-dan olan aktyorlardan ibarətdir.
Filmdə baş rollarda Timur Oduşev (Azərbaycan), Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) çəkiliblər. Filmin istehsalı qismən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR