Bank Of Baku

Gürcüstanın “Batumi” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib

Gürcüstanın “Batumi” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib
# 26 noyabr 2008 13:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Gürcüstanın “Batumi” vokal ansamblı Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, tədbir Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və “Azərsun Holdinq” Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə təşkil olunub. Konsertdə xarici ölkələrin səfirləri, dövlət və hökumət rəsmiləri də iştirak edib. Açılış çıxışında Gürcüstanın ölkəmizdəki səfiri Nikoloz Natbiladze Azərbaycanla Gürcüstan arasında mədəni dostluq əlaqələrin ən yüksək səviyyədə olduğunu qeyd edib.
“Batumi” ansamblı konsertə Azərbaycanın və Gürcüstanın himni ilə başlayıb. 13 nəfərdən ibarət olan ansamblın üzvləri solo mahnılarla yanaşı, Azərbaycan musiqisinə də müraciət edərək “Bəri gəl” mahnısına duet oxuyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR