Bank Of Baku

Əfsanəvi Pyer Karden Bakıya gəlir

Əfsanəvi Pyer Karden Bakıya gəlir
# 26 noyabr 2008 15:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 20-ci əsrin əfsanəvi modelyeri Pyer Karden Bakıya gəlir. Səfərin məqsədi dünya şöhrətli Azərbaycan rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ, Azərbaycan və Rusiyanın xalq rəssamı Tahir Salahovun noyabrın 29-da Bakıda keçiriləcək 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etməkdir. Bu barədə APA-ya yubilyarın özü məlumat verib.

Görkəmli rəssamın yubileyinə vitse-prezidenti olduğu Rusiya Rəssamlıq Akademiyasının bir sıra üzvləri ilə yanaşı, ABŞ, Almaniya, Fransa Rəssamlıq akademiyalarının üzvləri, tanınmış rus yazıçısı Edvard Radzinski, Moskvada yaşayan tanınmış soydaşlarımız və digərləri də qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR