Bank Of Baku

Bakıda türkiyəli modelyer Əhməd Özceyhanın kolleksiyası nümayiş olunacaq

Bakıda türkiyəli modelyer Əhməd Özceyhanın kolleksiyası nümayiş olunacaq
# 26 noyabr 2008 16:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Noyabrın 27-i və 28-də Bakıda Türkiyənin məşhur modelyeri Əhməd Özceyhanın “Modern cizgilərdə Anadolu motivləri” kolleksiyasının nümayişi keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Əhməd Özceyhan bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, 15 ölkədə nümayiş olunan kolleksiya bu dəfə Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı və TUSİAB qadın qolunun əməkdaşlığı ilə Bakıda təşkil olunub. Kolleksiya romantizm və oriyentalizmin birləşdiyi, gecə və gündüzün hər saatında gözəllik və zəriflik daşıyan sehrli bir Anadolu mədəniyyətinin əksidir. Ə. Özceyhan bildirib ki, Vətənə olan borcu yalnız vergi ödəməklə və əsgərlik çəkməklə ödəmək olmaz: “Mən Vətənə olan sevgimi qumaşların üzərinə köçürdüm və onların üzərində gözəl hekayələr yazmağa çalışdım. Türk qadınının əl əməyini, gözünün nurunu dünyaya tanıtmaq da Vətənə olan sevgimdən doğur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR