Bank Of Baku

“Dağlıq Qarabağ: cəmiyyətlə məsləhət” adlı sənədli filmin təqdimatı keçirilib

“Dağlıq Qarabağ: cəmiyyətlə məsləhət” adlı sənədli filmin təqdimatı keçirilib
# 27 noyabr 2008 10:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Humanitar Tədqiqatlar Cəmiyyəti tərəfindən hazırlanan “Dağlıq Qarabağ: cəmiyyətlə məsləhət” adlı sənədli filmin təqdimatı keçirilib. APA-nın məlumatına görə, cəmiyyətin sədri Əvəz Həsənov deyib ki, film Dağlıq Qarabağ (DQ) münaqişəsinin həlli ilə bağlı sülhyaratma prosesində iştirak edən QHT nümayəndələri və politoloqların müəyyən olunan suallara cavabları əsasında hazırlanıb. Filmdə münaqişə ilə bağlı tərəflərin mövqeyi, Azərbaycanın danışıqlar zamanı əldə etdiyi nəticələr, beynəlxalq vasitəçilərin rolu, cəmiyyətin münaqişənin həllində iştirakı, müharibə ehtimalı və onun hansı nəticələr doğuracağına dair fikirlər səsləndirilib. Onun sözlərinə görə, filimdə həmçinin vətəndaş cəmiyyətinin münaqişənin həllindəki rolu da təhlil edilib. Ə. Həsənov bildirib ki, 50 dəqiqəlik sənədli film rus, ingilis və alman dillərinə də tərcümə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR