Bank Of Baku

Fidan Hacıyeva solo konsert verəcək

Fidan Hacıyeva solo konsert verəcək
# 27 noyabr 2008 14:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 7-də Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solo konsert proqramı ilə çıxış edəcək. Konsertdə o əməkdar incəsənət xadimi, cazmen Cavan Zeynallı ilə yeni layihəsini də təqdim edəcək. APA-nın məlumatına görə, bu gün C. Zeynallı və F. Hacıyeva konsertə həsr olunmuş mətbuat konfransı keçiriblər. Tədbirdə çıxış edən F. Hacıyeva konsertin ikinci hissədən ibarət olacağını bildirib. “Musiqi çələngi” adı altında keçiriləcək konsertin birinci hissəsində F. Hacıyevanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri müşayiət edəcək: “Birinci hissədə məşhur operalardan parçalar ifa edəcəyəm. Tenor Fərid Əliyevlə birgə məşhur “Karmen” operasından da parça oxuyacağam”.
F. Hacıyeva deyib ki, konsertin ikinci hissəsində cazmen Cavan Zeynallı ilə birgə çıxış edəcək. Belə ki, C. Zeynallı və F. Hacıyeva bir saat ərzində cazla-klassik musiqinin sintezindən hazırlanmış yeni layihəni təqdim edəcəklər. Konsertin rejissoru Hüseyn Əliyev, aparıcısı ilə Saleh Bağırovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR