Bank Of Baku

Almaniyada azərbaycanlı rəssamın yaradıcılıq gecəsi keçirilib

Almaniyada azərbaycanlı rəssamın yaradıcılıq gecəsi keçirilib
# 27 noyabr 2008 23:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Almaniyanın Gera şəhərində azərbaycanlı rəssam Ələkbər Əliyevin yaradıcılıq gecəsi keçirilib. APA-nın məlumatına görə, Gera Şəhər Mədəniyyət İdarəsi və həmin şəhərdə yaşayan azərbaycanlılar tərəfindən təşkil olunan tədbirdə rəssamın sərgisi də nümayiş etdirilib. Sərginin nümayişi bir ay davam edəcək. Sərgidə rəssamın 5 il ərzində müxtəlif janrlarda işlənmiş 40-a yaxın əsəri nümayiş etdirilir. Tədbirdə həmçinin Azərbaycan mətbəxi, musiqi və ənənələləri barədə geniş məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR