Bank Of Baku

Bakıda Polşanın müstəqilliyinin 90 illiyinə həsr olunan sərgi açılıb

Bakıda Polşanın müstəqilliyinin 90 illiyinə həsr olunan sərgi açılıb
# 28 noyabr 2008 10:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda Muzey Mərkəzinin Rəssamlıq Qalereyasında Polşa Respublikasının müstəqilliyinin 90 illiyinə həsr olunmuş “Müstəqilliyə aparan yollar” adlı sərgi açılıb. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bildirib ki, birinci dünya müharibəsi bitəndən sonra Polşanın müstəqilliyi bərpa olunub. “123 illik əsarətdən sonra polyak xalqı öz ölkəsini bütün cəbhələrdə müdafiə etməyə başlayıb” deyən səfir bu gün Polşanın Avropanın önəmli ölkələrindən biri olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR