Tahir Salahov: “Rəssama alqışlar beş yüz il sonra qismət olur” - MÜSAHİBƏ
- Mən 1928-ci il noyabrın 29-da Bakıda dünyaya gəlmişəm və ayın 29-da Bakıda çoxsaylı dostlarımın əhatəsində yubileyi qeyd edəcəyik. Rusiya, Fransa, ABŞ, Almaniya və digər ölkələrdən həmkarlarım mənim qonağım olacaqlar. Onların sırasında əfsanəvi modelyer Pyer Karden də var. Biz onunla birlikdə Fransa Ölümsüz İncəsənət Əsərləri Akademiyasının üzvüyük. Mən 1986-cı ildə həmin akademiyanın üzvü seçilmişəm. Mənə Moskva Yekaterina Fondunun salonlarında sərgi təşkil etmək də təklif olunub. Yanvarın 15-də orada sərgi və yubiley tədbiri keçiriləcək. Xaricdə də tədbirlər keçirilə bilər.
- Rəssamın öz dünyagörüşünü ifadə edə bilməsi üçün 80 yaş kifayət edirmi?
- Tisian (İntibah dövrünün məşhur rəssamlarından biri, italiyalı – red.) özünün ən yaxşı əsərlərini 90 yaşında yaradıb. Rəssam yaradıcılığı fədakar bir işdir. Mən hesab edirəm ki, bütün sənət nümayəndələri arasında ən fədakar olanlar məhz rəssamlardır. Onlar daim təklikdə çalışırlar və bəzən şöhrət onlara dünyadan köçdükdən sonra çatır. Mən hesab edirəm ki, rəssama alqışlar 500 il sonra qismət olur.
- Bəs siz şöhrət qapısını nə vaxt açdınız?
- 1962-ci ildə SSRİ-ni Venesiya biennalesində (dünyanın ən məşhur təsviri sənət sərgisi – red.) təmsil etmişəm. Öz fərdi sərgimlə sovet təsviri sənətinin şərəfini qorumuşam. Həmin vaxt mənim 34 yaşım vardı. Orada mənim “Təmirçilər”, “Sübh vaxtı Moskva” əsərlərim, Qara Qarayevin portreti, “Neftçi” portreti və natürmortlarım sərgiləndi. Biennale iştirakçısı olmaq böyük avtoritet deməkdir. Bunun İtaliya mətbuatında xoş əks-sədası oldu və bu yazılar sonradan sovet mətbuatında da təkrar çap edildi. İndi ötən illər mənim gözlərimin önündə yenidən canlanır.
- Hazırda bu əsərlər harada saxlanılır?
- Müxtəlif muzeylərdə. Tretyakov Qalereyasında 40-a yaxın rəngkarlıq, qrafika və rəsm işim saxlanılır. Mənim üçün çox xoşdur ki, bunların arasında Qara Qarayevin portreti də var. Tretyakov Qalereyası iri beynəlxalq sərgilərdə bu əsəri hər zaman nümayiş etdirir. Bu əsərləri sərgilərin kuratorları özləri seçirlər. Nyu-Yorkda BMT-nin 60 illiyinə həsr olunmuş sərgidə Rusiya muzeylərində olan və 9 əsri təmsil edən 270 əsər, o cümlədən Qara Qarayevin portreti də sərgiləndi. Daha sonra bu portret Bilbao Muzeyində nümayiş etdirildi. Tretyakov Qalereyasında “Abşeron qadınları” əsərim, Şostakoviçin, Rostropoviçin, Fidan Qasımovanın portretləri və digər rəsm əsərlərim də saxlanılır. Əsər muzeydə və ya şəxsi kolleksiyada saxlanılırsa, o iş yaşayır. Fərdi sərgilərimin keçirildiyi ABŞ-da, Yaponiyada, Çində və digər ölkələrdə də əsərlərim var.
- Xaricdə konkret hansı əsərləriniz var?
- Mən indi sizə çoxlarının bilmədiyi bir işimdən danışacağam. 2002-ci ildə Atatürkün mavzoleyində Atatürk və Qurtuluş savaşı muzeyinin yaradılması işinə mən rəhbərlik etmişəm. Bu qrupa türkiyəli və rusiyalı rəssamlar, o cümlədən mənim şagirdlərim daxil idi. Biz ilyarım orada çalışdıq, uzunluğu 40 metr, eni 8 metr olan 3 diaromdan ibarət hissə və Atatürkün həyat və fəaliyyətini, onun Atatürk kimi formalaşmasını, zəfərlərini, Türkiyə Cümhuriyyətinin quruluşunu əks etdirən 30-a yaxın əsər yaratdıq. (Diarom elə bir məkandır ki, orada müxtəlif bədii və texniki vasitələrin sintezi əsasında insanlarda baxdıqları sənət əsərlərində əks olunmuş hadisələrdə iştirak illüziyası yaradır – red.) Diaromlarda Sakarya və Çanaqqala savaşları və Türkiyənin gələcəyini müəyyən etmiş digər vacib tarixi hadisələr təsvir olunub. Bu məkanın açılışında bizləri müxtəlif mükafat və diplomlarla təltif etdilər.
- Bəs bu barədə niyə məlumat yayılmadı?
- Biz Türkiyədə keçirilən mükafatlandırma mərasimindən Bakıya qayıtdıq və burada dahi həmyerlimiz Müslüm Maqomayevin yubiley tədbirində iştirak etdik. Heydər Əliyevlə söhbət zamanı mən ona Türkiyədən gəldiyimizi bildirdim. Amma o, bizim fəaliyyətimizdən xəbərdar idi və mənə dedi: “Mənə sənin orada böyük işlər gördüyünü söylədilər. Görüşərik və bu haqda ətraflı danışarsan”. Cavab verdim ki, mütləq. Bir qədər vaxt keçdi və o, müalicəyə yollandı. Fikirləşdim ki, mətbuata məlumat versəm və Heydər Əliyev bunu oxusa, düşünər ki, Tahir məni gözləmədi. İlk dəfə məhz Heydər Əliyevə məlumat vermək istəyirdim, ona görə də heç yerdə bu haqda danışmadım. Lakin taleyin hökmü başqa cür oldu. Heydər Əliyev dünyadan köçdü və mən gördüyüm iş haqqında ona danışa bilmədim. Məhz bu səbəblə Atatürkün Mavzoleyində çalışan yaradıcı qrupa başçılıq etdiyimi çoxları bilmir.
- Sizin emalatxananız muzeyi, yaradıcılıq mərkəzini xatırladır. Bu emalatxananın hər hansı statusu varmı?
- Mən 16 ildir burada məskən salmışam və burada çalışıram. Əvvəl hər şey primitiv səviyyədə idi, yavaş-yavaş qaydaya saldım. Bakıya gəldikdə burada yaratdığım işləri burada qoyub getmişəm. Düşünürəm ki, status verərlər, amma mən özüm heç nə istəmirəm. İlk dəfədir ki, burada jurnalistləri qəbul edirəm. Ötən illər ərzində heç kimi dəvət etməmişdim, indi isə yubileyə gələn qonaqlarımı qəbul etmək istəyirəm. Bunu mərhum musiqişünas Firudin Şuşinskidən öyrənmişəm. Hələ Qarabağ hadisələrindən çox-çox əvvəl o, milli musiqi alətləri haqqında kitab yazmış və düşmənlərimizə cavab vermişdi. Bundan sonra onun müəyyən problemləri oldu. O çətin günlərdə mən onun portretini yaratmışdım. Evdə musiqi alətləri, fotoşəkillər və həyat tarixçəsinin sərgiləndiyini ilk dəfə onun evində gördüm. Bu, ibrətamiz idi və məndə də belə arxiv və öz həyatıma aid bu cür fon yaratmaq ideyası yarandı.
- İllər ötdükcə Azərbaycan öz dünya şöhrətli dahilərini itirir. Bəs niyə onların əvəzinə yeniləri gəlmir?
- Gəlir. Hər şeyə ümidli baxmaq lazımdır. Azərbaycan həmişə dünyaya istedadlar bəxş edib. Hazırda mükəmməl gənc heykəltəraş və rəssamlarımız var. Rəssamlıq Akademiyasında dövlət komissiyasının sədriyəm, bakalavr və magistrlərdən imtahan götürürəm. Bizdə çox gözəl gənclik var. Hər şey tədricən və gözlənilmədən olacaq.
- Bakının göz önündə dəyişən çöhrəsinə münasibətiniz necədir?
- Bakı müasir şəhərin doğuşu ərəfəsindədir. Bu barədə müxtəlif mülahizələr ola bilər. Vaxtilə 1926-cı ildə baş memar İvanitski təklif etmişdi ki, Bakı Qara şəhər istiqamətində böyüsün, sənaye hissəsi isə Qaradağ tərəfdə olsun. Bu ideyaya yalnız indi gəlib çıxıblar. Mən dəyişikliklərə nikbinliklə baxıram.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib