Bank Of Baku

Rusiya İmperator Evinin başçısı, böyük knyaginya Mariya Vladimirovna Tahir Salahovu yubileyi münasibətilə təbrik edib

Rusiya İmperator Evinin başçısı, böyük knyaginya Mariya Vladimirovna Tahir Salahovu yubileyi münasibətilə təbrik edib
# 28 noyabr 2008 15:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İspaniyada yaşayan Rusiya İmperator Evinin başçısı, böyük knyaginya Mariya Vladimirovna Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ, Azərbaycan və Rusiyanın xalq rəssamı Tahir Salahovu 80 illiyi ilə bağlı təbrik edib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Səmimi qəlbdən Sizi şanlı yubileyiniz münasibəti ilə təbrik edirəm. Zəhmətkeşlərin həyatını və təbiət gözəlliklərini əks etdirən möhtəşəm yaradıcılığınızı və Xilaskar İsa Peyğəmbər Məbədinin bərpa olunmasında əməyinizi yüksək qiymətləndirirəm. Çox şadam ki, Sizin ad gününüz yüksək dövlət səviyyəsində qeyd olunur. Əfsuslar olsun ki, şərait mənə bu tədbirə qatılmağa imkan vermir. Moskvaya növbəti səfərim zamanı Sizinlə görüşə ümid edirəm. Sizə can sağlığı, uzun ömür və Allahın köməyi ilə yaradıcılıq uğurları arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR