Bank Of Baku

Ştutqartda almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş sərgi keçirilir

Ştutqartda almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş sərgi keçirilir
# 29 noyabr 2008 07:43 (UTC +04:00)
Ştutqart – APA. Almaniyanın Ştutqart şəhərində almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş “Almanlar Azərbaycanda” adlı fotosərgi açılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 5-dək davam edəcək sərgini “Almaniya-Azərbaycan Cəmiyyəti” təşkil edib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya Beynəlxalq Əlaqələr İnstitutunun Baş katibi professor Kurt Yurgen Mass, Münhen Universitetinin professoru Maqsud Əfəndiyev və “Azərbaycan Evi” də sərginin təşkilinə dəstək verib.

Sərgidə Azərbaycanın Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafa, Göygöl və digər şəhərlərində məskunlaşan almanların tarixini və həyatını əks etdirən 56 fotoşəkil nümayiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR