Bank Of Baku

İstanbuldakı sənət qalareyasında azərbaycanli rəssamın və tələbələrinin sərgisi açılıb

İstanbuldakı sənət qalareyasında azərbaycanli rəssamın və tələbələrinin sərgisi açılıb
# 30 noyabr 2008 08:41 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə S. Babayevin peyzaj, natürmort və portret janrlarında çəkdiyi 10, tələbələrinin isə 40 əsəri nümayiş etdirilir.Türkiyənin sənət ictimaiyyətinin və medianın yaxın maraq göstərdiyi sərginin açılışında S.Babayevin 5 əsəri yüksək qiymətə satılıb. S.Babayev APA-nın yeürli bürosuna deyib ki, hər il müxtəlif qruplarda dərs dediyi tələbələrilə bir neçə sərgi açır: “ Bir neçə il mənimlə işləyən tələbələrimin əsərləri sərgidə nümayiş etdirilə biləcək səviyyəyə gəlir. Əsərlərimin tələbələrimlə birlikdə sərgilərdə nümayiş etdirilməsi xoşuma gəlir, çünki məndən dərs alan insanların sənət sahəsində necə inkişaf etdiklərini bu sərgilərdə daha yaxşı görə bilirəm”.

Qeyd edək ki, S. Babayev 1952-ci ildə Tərtərdə anadan olub. O, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və V.İ.Muxina adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1996-cı ildən Türkiyədəki Kütahya universitetində dərs verməyə başlayan S. Babayev yaradıcılığını 2000-ci ildən bəri İstanbulda davam etdirir. Hazırda S. Babayevin emalatxanasında 50 tələbə dərs alır. S. Babayev Türkiyədə tabloları baha qiymətə satılan bir nəçə azərbaycanlı rəssamdan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR