Bank Of Baku

Samuil Marşakin “Pişiyin evi” əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib

Samuil Marşakin “Pişiyin evi” əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib
# 01 dekabr 2008 09:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Samuil Marşakin “Pişiyin evi” əsəri səhnələşdirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nağıl Nicat Kazımov tərəfindən tərcümə edilib və səhnələşdirilib. İki hissəli alleqorik tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Altay Seyidov, rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Vüsal Məmmədov, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada Təhminə Məmmədova, Günel Məmmədova, Vüsal Mehrəliyev, Manaf Dadaşov, Aybəniz Əhmədova, Nuranə Əhmədova, İlham Əsədov, Elnur Kərimov, Ceyhun Məmmədov, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Xuraman Əlizadə, Sonaxanım Əliyeva, Elşən Şıxəliyev, Müşfiq Əliyev, gənc aktyorlardan Anar Seyfullayev, Nigar Məmmədova, İlkin Namazov, Əvəz Qubadov, Ülvi Zeynalov, Elgün Yəhyayev və başqaları rol alıblar. Tamaşa yaxın günlərdə məktəblilərin ixtiyarına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR