Bank Of Baku

Bakıda Türkiyədə yaşayan azərbaycanlı rəssam Gülxan Bəydəmirin fərdi yaradıcılıq sərgisi açılacaq

Bakıda Türkiyədə yaşayan azərbaycanlı rəssam Gülxan Bəydəmirin fərdi yaradıcılıq sərgisi açılacaq
# 01 dekabr 2008 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı İncəsənət Mərkəzinin təşkilatçılığı ilə dekabrın 5-dən 14-nə kimi Bakıda Türkiyədə yaşayan azərbaycanlı Gülxan Bəydəmirin fərdi yaradıcılıq sərgisi keçirəcək. Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədlinin APA-ya verdiyi məlumata görə, rəssam 1970-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə qəbul olub. 1971-1973-cü illərdə hərbi xidmətdə olarkən Rusiyanın Xabarovsk vilayətində ilk sulu boya fərdi sərgisini açıb. 1976-cı ildə Rəssamlıq Məktəbini bitirdikdən sonra sərbəst rəsm çalışmaları ilə bir çox sərgilərdə iştirak edib, eyni zamanda Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olub və bu sahədə ustalar yetişdirib. Rəssamın bir çox əsərləri Azərbaycan, Türkiyə, Almanya, Hollandya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR