Bank Of Baku

Naxçıvan Teatrı Lənkərana qastrola gedib

Naxçıvan Teatrı  Lənkərana qastrola gedib
# 03 dekabr 2008 00:00 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Lənkərana qastrol səfərinə yola düşüb. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə 25 nəfərdən ibarət kollektiv Hüseyn Cavidin “İblis” və N. Həsənzadənin “Atabəylər” tamaşaları ilə çıxış edəcək.
«Atabəylər» tamaşasının quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, «İblis»in quruluşçu rejissoru xalq artisti Kamran Quliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR