Bank Of Baku

Tanınmış kino xadimlərinin yubileyləri keçiriləcək

Tanınmış kino xadimlərinin yubileyləri keçiriləcək
# 04 dekabr 2008 13:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycan animasiya filminin yaranmasının 75 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə APA-ya Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib. Onun sözlərinə görə, Muzey Mərkəzində təşkil olunacaq tədbirdə Azərbaycanda animasiya filminin yaranması və fəaliyyətindən söhbət açılacaq. Muzeyin foyesində milli animasiya filminə həsr olunmuş sərgi də nümayiş etdiriləcək. Film Fondunun təşkilatçılığı ilə gələn ilin ilk rübündə görkəmli kino xadimlərinin yubileylərinin keçirilməsi də nəzərdə tutulub. C. Quliyev bildirib ki, Tofiq Tağızadənin 90, Əjdər İbrahimovun 90, Şamil Mahmudbəyovun 85, Xan Babayevin 90, Niyazi Bədəlovun 100 və Məlik Dadaşovun 85 illik yubileylərinin keçirilməsi qərara alınıb. Bu yubiley tədbirləri Dövlət Film Fondunun bu günlərdə istfadəyə veriləcək yeni binasında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR