Bank Of Baku

Bakıda II Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Bakıda II Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək
# 05 dekabr 2008 09:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 9-dan 14-dək Bakıda II Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, festivalda tanınmış musiqiçilər iştirak edəcək. Festivalda Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və xalq artisti, professor Rauf Abdullayev, Rusiyanın xalq artisti Yuri Başmetin rəhbərliyi ilə “Moskva solistləri” Kamera Orkestri, İtaliyadan tanınmış vokalçılar- Angela Kyara, Mario Malaqnini, Zayan Ath, Katarina Karneus, Rusiyanın tanınmış skripkaçı və dirijor Maksim Vengerov, Fransadan məşhur violonçel ifaçısı Xavyer Filips, Beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Murad Adıgözəlzadə, görkəmli opera müğənniləri Makvala Kasraşvili, Badri Maysuradze, Qalina Vişnevskayanın Opera Mərkəzinin solistləri- İrina Dubrovskaya və başqaları çıxış edəcəklər. Festival çərçivəsində Heydər Əliyev Sarayında İtaliyanın məşhur Cüzeppe Verdi di Milano Orkestri və Xorunun ifasında Cüzeppe Verdinin “Rekviyem” əsəri səslənəcək. Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunacaq. Bakıya səfər edəcək tanınmış müğənnilər Heydər Əliyev Sarayında dünya opera sənətinin klassikləri - Cüzeppe Verdi, Jorj Bize, Cakkomo Puççini və Pyetro Maskanyinin opera səhnələrini ifa edəcəklər. Festivalda Rostropoviç Fondunun prezidenti, mərhum sənətkarın qızı Olqa Rostropoviç iştirak edəcək. Festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Rostropoviç Fondunun birgə təşiialtçılığı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR