Bank Of Baku

Maqbet Bünyatov: “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi məşq etməyə yer tapmır”

Maqbet Bünyatov: “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi məşq etməyə yer tapmır”
# 05 dekabr 2008 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin məşq etməyə yeri yoxdur. Bunu APA-ya açıqlamasında teatrın direktoru Maqbet Bünyatov deyib. O bildirib ki, teatrın binası əsaslı təmirə bağlandığı üçün teatr məşqlər edə bilmir: “Üç tamaşanın stolüstü məşqlərini aparırıq. Çox təəssüf edirəm ki, Azərbaycan Dənizçilər Evi bizim qarşımıza çox böyük maliyyə şərtləri qoyub. Halbuki həmin Dənizçilər Evinin rəhbərliyi Dövlət Rus Dram Teatrına çox az maliyyə şərti qoymuşdu. Bizə isə Rus Dram Teatrına deyilən qiymətdən 15 dəfə artığı deyilib. Teatrımızın büdcəsi həmin maliyyə şərtinə uyğun gəlmədiyinə görə, biz orada fəaliyyət göstərə bilmirik və ayrı-ayrı teatr səhnələrində səyyar tamaşalarla çıxış edirik. Hələ binamızda əsaslı təmir işləri bir il davam edəcək. Bu müddət ərzində bizə məşq etmək üçün bir məkan lazımdır”. M. Bünyatov onu da deyib ki, hazırda teatrın kollektivinin yarısı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, yarısı isə Dövlət Film Fondunun boş otaqlarında işləyir. Teatr rəhbəri bildirib ki, artıq Hüseyn Cavidin “Şeyda” (quruluşçu rejissoru Mərahim Fərzəlibəyov), Çingiz Aytmatovun “Çingiz xanın buludu” (quruluşçu rejissoru Rövşən Almuradlı) və Aqata Kristinin “Tələ” (quruluşçu rejissoru Əsgər Əsgərov) tamaşalarının stolüstü məşqləri aparılıb. Hazırda Rusiya, Türkiyə və İranla danışıqlar aparıldığını diqqətə çatdıran Maqbet Bünyatov gələn il teatr kollektivinin həmin ölkələrə səfər edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR