Bank Of Baku

“Cavad xan” filmi yanvarda ictimaiyyətə təqdim olunacaq

“Cavad xan” filmi yanvarda ictimaiyyətə təqdim olunacaq
# 11 dekabr 2008 09:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında istehsal olunan “Cavad xan” bədii filmi 2009-cu ilin yanvarında ictimaiyyətə təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Cəmil Fərəcov APA-ya deyib ki, hazırda filmin üzərində son texniki işlər aparılır. C.Fərəcovun sözlərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq filmə baxıb və müsbət rəy verib. “Bizim kino” Prodüser Mərkəzinin istehsal etdiyi “Cavad xan” bədii filmi müasir standartlara uyğun səsləndirilib. Kompüter qrafikasından istifadə edilməklə ekranlaşdırılan ilk Azərbaycan filmi Moskvada yüksək keyfiyyətli lentə köçürülüb. Azərbaycan xanlıqlarının vəziyyətini, sonuncu Gəncə xanının həyatını əks etdirən bu ekran əsəri 2 saat 43 dəqiqədir. Sabir Rüstəmxanlının ssenarisi əsasında çəkilən “Cavad xan”ın quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi, bəstəkarı Sərdar Fərəcovdur. Filmdə əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Amaliya Pənahova, əməkdar artistlər Nuriyyə Hüseynova, Əli Nur canlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR