Bank Of Baku

Dağıstanda bəstəkar Elza İbrahimovanın yaradıcılıq gecəsi keçiriləcək

Dağıstanda bəstəkar Elza İbrahimovanın yaradıcılıq gecəsi keçiriləcək
# 12 dekabr 2008 12:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dağıstanda Azərbaycan bəstəkarı Elza İbrahimovanın yaradıcılıq gecəsi keçiriləcək. Bu barədə APA-ya həmin gecənin təşkilatçısı Muğam Teatrının direktoru, rejissor Arif Qazıyev deyib. Onun sözlərinə görə, Dağıstanın xalq artisti fəxri adına layiq görülmüş Elza İbrahimovanın yaradıcılıq gecəsinin keçirilməsi təklifi Dağıstandan gəlib. Arif Qazıyevin sözlərinə görə, bəstəkarın yaradıcılıq gecəsi ardıcıl olaraq Mahaçqala və Dərbənddə baş tutacaq. Dekabrın son ongünlüyündə keçirilməsi nəzərdə tutulan tədbirdə bəstəkarın mahnıları ifa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR