Bank Of Baku

2-ci “Molla Nəsrəddin - Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinə start verilib

2-ci “Molla Nəsrəddin - Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinə start verilib
# 15 dekabr 2008 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FEKO) dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə 2-ci “Molla Nəsrəddin - Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinə start verilib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd bütün müsəlman şərqində ilk satirik jurnal olan “Molla Nəsrəddin”in 103 il əvvəl (1906) Azərbaycanda nəşrə başlamasını xüsusi qeyd etməkdir. 12 nəfərdən ibarət olan münsiflər heyətində müxtəlif ölkələrin karikatura təşkilatlarının rəhbərləri, tanınmış karikaturaçılar və ekspertlər təmsil olunur. “Dünyada neftin əhəmiyyəti” mövzusunda elan olunmuş müsabiqəyə 2009-cu ilin aprelin 7-də (“Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin nəşr olunduğu gün) yekun vurulacaq. 2-ci “Molla Nəsrəddin- Azərbaycan 2009” Beynəlxalq karikatura müsabiqəsinə göndərilən karikaturalardan seçilmiş 150 ən yaxşı əsər sərgidə nümayiş olunacaq və bu əsərlərdən ibarət kataloq nəşr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR