Bank Of Baku

İranda şair Qəşəm Nəcəfzadənin kitabı nəşr olunub

İranda şair Qəşəm Nəcəfzadənin kitabı nəşr olunub
# 15 dekabr 2008 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA Şair Qəşəm Nəcəfzadənin İranda kitabı işıq üzü görüb. Bu barədə APA-ya məlumat verən Q. Nəcəfzadə bildirib ki, kitab “Yaşmaq” Yayın Evində bu nəşriyyatın öz vəsaiti hesabına çap olunub. “Ölülər bizə gülür” adı altında nəşr olunan kitab 132 səhifədən ibarətdir. Kitabda şairin müxtəlif illərdə yazdığı əsərlər toplanılıb. Kitabın redaktoru şair Səid Muğanlı, əsərləri ərəb əlifbasına çevirən və ön sözün müəllifi Səttar Mahmudoğludur. Kitabda Vətən, torpaq, ölüm, sevgi, həyat və xüsusən də Qarabağa həsr olunmuş əsərlər toplanılıb. Novruz bayramı ərəfəsində İranda Qəşəm Nəcəfzadənin yeni kitabının nəşri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR