Bank Of Baku

Almaniyanın Azərbaycandakı səfirliyi Şəkidə kitab sərgisi təşkil edib

Almaniyanın Azərbaycandakı səfirliyi Şəkidə kitab sərgisi təşkil edib
# 15 dekabr 2008 13:51 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Almaniyanın Azərbaycandakı səfirliyi bu gün Şəkidə kitab sərgisi təşkil edib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, sərgidə Almaniyanın Münhen şəhərinin “Kitab qalası, “Beynəlxalq uşaq və gənclər”, “Ağ qarğa” kitabxanalarının kitabları nümayiş etdirilib. Almaniyanın Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsinin müdiri Cəmilə Ağabalayeva sərgidə 45 dildə yazılan 250 kitabın nümayiş etdirildiyini, belə sərgilərin Bakı və Sumqayıt şəhərlərində də keçirildiyini vurğulayıb.
Şəkidə alman dili tədris olunan Qoxmuq və Zəyzid kənd orta məktəblərinə səfirlik tərəfində xeyli sayda alman dilində kitab hədiyyə olunub.
Tədbirdə Şəki rayon icra başçısı Nazim İbrahimov çıxış edərək, Almaniya ilə Azərbaycan arasında yaranan dostluq əlaqələri barədə iştirakçılara məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR