Bank Of Baku

Almaniyada yaşayan azərbaycanlı rəssamın sərgisi açılıb

Almaniyada yaşayan azərbaycanlı rəssamın sərgisi açılıb
# 15 dekabr 2008 15:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakı Slavyan Universitetində (BSU) Almaniyada yaşayan azərbaycanlı rəssam Əşrəf Heybətovun sərgisi açılıb. APA-nın məlumatına görə, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin, Alman-Azərbaycan Cəmiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılı ilə açılan sərgi “Almaniya azərbaycanlı rəssamın gözü ilə” adı altında təşkil olunub. Sərgidə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Alman-Azərbaycan Cəmiyyətinin rəhbəri Çingiz Abdullayev, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, BSU-nun rektoru Kamal Abdulla rəssamın çoxşaxəli yaradıcılığından söz açıblar. Tədbirdə iştirak edən Almaniyada yaşayan azərbaycanlı rəssam Əşrəf Hümbətov isə sərgidə 40-a yaxın Almaniyaya həsr olunmuş əsərinin nümayiş olunduğunu deyib. Rəssam Azərbaycanda ikinci dəfə sərgisinin təşkil olunduğunu bildirib: “Mənim yaradıcılığımın çox hissəsi Azərbaycanla bağlıdır. Güman edirəm ki, həmin əsərlərimin də Azərbaycanda sərgisi təşkil olunacaq”. Sərginin nümayişi dekabrın 19-na kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR