Bank Of Baku

Bakıda türk foto-rəssamın sərgisinin açılışı keçirilib

Bakıda türk foto-rəssamın sərgisinin açılışı keçirilib
# 15 dekabr 2008 16:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində müasir Amerika fotoqrafiya məktəbinin nümayəndəsi, türk foto-rəssamı Tuba Öztəkinin “İllüminasiyalar” adlı sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Tuba Öztəkin yaradıcılığı barədə məlumat verib. O bildirib ki, rəssam Ankara Bilkənt Universitetində “Qrafik dizayn” ixtisası üzrə bakalavr dərəcəsi aldıqdan sonra ABŞ-ın Merilend Universitetində magistr dərəcəsi alıb. T. Öztəkin tədbirdə bildirib ki, onun ilk fərdi sərgisi 10 il bundan əvvəl ABŞ-ın Merilend Universitetində təşkil olunub. Daha sonra isə Texas və Karolinada bu cür sərgiləri keçirilib. Foto-rəssam Bakı səfəri müddətində gənc foto ustalar üçün master-klass keçməyi də nəzərdə tutduğunu bildirib.
Türkiyəli foto-rəssamın əsərlərinin nümayişi dekabrın 20-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR