Bank Of Baku

“Əlvida, Cənub şəhəri” filmi Moskvada nümayiş olunacaq

“Əlvida, Cənub şəhəri” filmi Moskvada nümayiş olunacaq
# 16 dekabr 2008 11:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda istehsal olunan “Əlvida, Cənub şəhəri” bədii filminin Moskvanın “Bakı” kinoteatrında premyerası keçiriləcək. Bu barədə APA-ya filmin ssenari müəllifi və prodüseri Rüstəm İbrahimbəyov məlumat verib. Rejissor Oleq Səfərəliyevin quruluş verdiyi tammetrajlı bədii filmin Moskvadakı premyerası fevralın 13-də keçiriləcək. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının və “İbrus” Teatrının birgə istehsal etdiyi filmin rollannda Timur Bədəlbəyli, Mehriban Zəki, Fuad Poladov, Fəxrəddin Manafov, Elmira Şabanova və başqaları çıxış ediblər. Qeyd edək ki, 2006-cı ildə istehsal olunan bu film bir çox beynəlxalq kino festivallarında mükafat alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR