Bank Of Baku

Vaqif Mustafazadənin vəfatının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib

Vaqif Mustafazadənin vəfatının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
# 16 dekabr 2008 13:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün dünya şöhrətli azərbaycanlı cazmen Vaqif Mustafazadənin vəfatının 29-cu ildönümüdür. APA-nın məlumatına görə, bu münasibətlə Vaqif Mustfazadənin Ev muzeyinin əməkdaşları, tanınmış mədəniyyət və incəsənət ustaları cazmenin məzarını ziyarət ediblər. Daha sonra isə muzeydə Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vaqif Mustafazadə fondunun və muzeyin direktoru Afaq Əliyeva, xalq artistləri Yalçın Rzazadə, Natəvan Şeyxova və başqaları cazmenin həyat və yaradıcılığından söz açıblar. Tədbirdə muzeyin direktoru A. Əliyeva Amerikada işıq üzü görmüş ensiklopediyanı tədbir iştirakçılarına təqdim edib. Ensiklopediyada dünyanın ən tanınmış cazmenləri, o cümlədən V. Mustafazadənin həyat və yaradıcılığı barədə geniş məlumatlar toplanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR