Bank Of Baku

Bakıda V “Start” Beynəlxalq Tələbə Filmləri Festivalı keçiriləcək

Bakıda V “Start”  Beynəlxalq Tələbə Filmləri Festivalı keçiriləcək
# 17 dekabr 2008 14:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 23-25-də Bakıda V “Start” Beynəlxalq Tələbə Filmləri Festivalı keçiriləcək. Festivalın təşkilat komitəsindən APA-ya bildirilib ki, festivala Türkiyə, İran, Rusiya, Ukrayna, Belarus, Latviya, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Misir, Gürcüstan tələbələri qatılacaq. “1-30 dəqiqəlik dünya” şüarı altında keçiriləcək festivalın müsabiqə proqramına daxil ediləcək filmləri Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən dəvət olunmuş peşəkar kinematoqrafçılardan ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Festivalın açılış mərasimi Teatr Xadimləri İttifaqında, filmlərin baxışı “Nizami” kinoteatrında keçiriləcək.
Qeyd edək ki, “Sinema" Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis olunan festival Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR