Bank Of Baku

Bakıda “Mistifikator” tamaşasının premyerası keçirilib

Bakıda “Mistifikator” tamaşasının premyerası keçirilib
# 17 dekabr 2008 14:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gürcü dramaturqları İnna Qaruçava və Pyotr Xotyanovskinin “Mistifikator” əsəri əsasında hazırlanan tamaşanın premyerası keçirilib. Teatrdan APA-ya bildirilib ki, Mübariz Həmidovun tərcümə etdiyi “36-dan 6-sı” tamaşasının premyerası olub. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı Bəhram Osmanov, quruluşçu rəssam ADMİU-nin diplomantı Sevinc Həsənova, səhnə tərtibatı üzrə bədii rəhbər Ağarəhim Əliyev, rejissor assistenti İlhamə Əhmədovadır.
Musiqi Komediya Teatrının binasında uğurla keçən premyerada mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, teatr sektorunun müdiri Nahidə İsmayılzadə, baş məsləhətçi Vəfa Novruzova iştirak ediblər. Tamaşada əsas rolları aktyorlar Atabala Səfərov, Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elnur Hüseynov, Eyvaz İbrahimov canlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR